Rövşən Nəcəf rəisi işdən çıxarıb? - AÇIQLAMA + YENİLƏNİB

Rövşən Nəcəf rəisi işdən çıxarıb? - AÇIQLAMA + YENİLƏNİB
01 Dek 2025 16:48

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin Əmr imzaladığı bildirilib. 

News365.az-ın məlumatına görə, SOCAR-ın Təhlükəsizlik İdarəsindən bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

"SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir. İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir", - məlumatda qeyd olunub.

***

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb.

News365.az-ın məlumatına görə, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrə əsasən, SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov vəzifəsindən azad edilib.



Sizin reklam burada
Sizin reklam burada