Türkiyədə "Patriot" sistemləri YERLƏŞDİRİLDİ

Türkiyədə "Patriot" sistemləri YERLƏŞDİRİLDİ
11:40

Türkiyə Müdafiə Nazirliyi bölgədə artan gərginlik fonunda NATO-nun gücləndirilmiş hava və raket müdafiəsi tədbirləri çərçivəsində Malatya şəhərinə "Patriot" raketdən müdafiə sistemi yerləşdirdiyini açıqlayıb.

News365.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi sistemin ölkənin hava məkanını qorumaq üçün tam əməliyyat hazırlığına gətirildiyini bildirib.

Ankara həmçinin qeyd edib ki, NATO və müttəfiqləri ilə sıx əlaqə saxlayır, vəziyyəti izləməyə və regional sabitliyi qorumaq üçün çalışmağa davam edir.


Sizin reklam burada
Sizin reklam burada