“Rosatom”un top meneceri milyonlarla dollar rüşvət alıb

“Rosatom”un top meneceri milyonlarla dollar rüşvət alıb
28 Yan 2025 11:25

"Rosatom" Dövlət Korporasiyasının top meneceri Gennadi Saxarov 32,6 milyon rubl məbləğində rüşvət almaqda təqsirli bilinib.

O, bu pulu "Rosatom" Dövlət Korporasiyasının tabeliyində olan təşkilatlarla bağlanmış müqavilələrin həyata keçirilməsində kömək üçün "Orgenergostroy"un baş direktoru Elquja Kokosadzedən alıb. Bu barədə Rusiya mediası məlumat yayıb. 

“Saxarov G.S. təqsirini boynuna aldığını və peşman olduğunu bildirib”, – iş materiallarında deyilir.

Məmur əvvəllər "Rosatom" dövlət korporasiyasında əsaslı investisiyalar, dövlət tikinti nəzarəti və dövlət ekspertizası direktoru vəzifəsində çalışıb. "Rosatom"un verdiyi məlumata görə, Saxarov 2024-cü ilin əvvəlindən tikinti layihələrinə nəzarət rəhbəri vəzifəsinə keçirilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada