Revanşistlər indi də İrəvanın hökumət binası qarşısında aksiya keçirirlər

Revanşistlər indi də İrəvanın hökumət binası qarşısında aksiya keçirirlər
25 Apr 2024 14:30

Hərbi cani Vaaqn Çaxalyanın “Kamk” təşkilatı Ermənistanın hökumət binası qarşısında aksiya keçirir.

News365.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilir ki, əraziyə toplaşan revanşistlər hakimiyyətin Tavuşda torpaqların Azərbaycana qaytarılması siyasətinə son qoyulması və ərazilərin geri qaytarılması tələb edirlər.

Çaxalyan səsgücləndirici ilə çıxış edərək xalqı meydanlara çağırıb. O, deyib ki, hazırda hakimiyyət Ermənistanın və xalqın maraqlarına zidd qərarlar qəbul edir: "Paşinyan sadəcə olaraq erməni ictimaiyyətini aldadır".

Çaxalyan aprelin 18-də də hökumət binası yaxınlığında Tavuşa "dəstək" adlı aksiya keçirmişdi.

Xatırladaq ki, Çaxalyan erməni separatçı hərəkatının rəhbərlərindəndir, 2020-ci ildə Qarabağda döyüşüb. Bir müddət öncə isə o, İrəvanda saxlanılmışdı.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər