Erməni ictimai-siyasi xadim Edqar Kazaryan dünən özünün Facebook səhifəsində diqqət çəkən paylaşım edib.
O, yazıb: “Sentyabrın 7-də saat 10:00-da Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə İstintaq İdarəsinin ağır cinayətlərin araşdırılması şöbəsinə şahid qismində dindirilməyə çağırıldım. Mənə də maraqlıdır ki, mən hazırkı rejimin diqqətini çəkən hansı “iyrənc cinayət” törətmişəm və ya iştirak etmişəm".
O, İstintaq Komitəsinin binasına girməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, əsas revanşistlərdən olan Kazaryan Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri olub. O, kəskin açıqlamaları və baş nazir Nikol Painyanın ünvanınsa sərt sözləri ilə seçilir.
Tural