Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq

Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq
13:29

Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və siyasi mühacirət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı evinin divarına xatirə lövhəsi vurulması planlaşdırılır.

News365.az Musavat.com-a istinadən xəbər verir ki, layihəni Rəsulzadə Ev-muzeyi İctimai Qrupunun həmtəsisçisi Vahid Mustafayev hazırlayır.

Tarixçi-alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, lövhə hələ layihə mərhələsindədir:
"Rəsmi icazə alındıqdan sonra üzərində işləmək və dəyişikliklər etmək mümkündür. Əsas məqsəd cəmiyyətdən gələn dəstəkdir," – deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142 ili tamam olur. Rəsulzadəyə məxsus Bakıdakı mülk – dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında, Mərkəzi Univermağın yanında yerləşir.



Sizin reklam burada
Sizin reklam burada