Restoranda güclü yanğın: xüsusi texnika cəlb olundu

Restoranda güclü yanğın: xüsusi texnika cəlb olundu
11 İyn 2025 22:30

Bu gün axşam saatlarında Cəlilabad rayonunda yerləşən şadlıq evlərindən birində güclü yanğın olub.


News365.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində baş verib.


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğınsöndürən briqadalar hadisə yerinə çatdıqdan sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb və yanğının ətraf obyektlərə keçməsinin qarşısını almaq məqsədilə operativ müdaxilə edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə əlavə qüvvələr də yönləndirilib.


İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğının nə qədər sahəni əhatə etdiyi və dəymiş maddi ziyanın həcmi araşdırılır. Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, yanğının başvermə səbəbi hələlik məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada