Rəis vəzifəsini daşıyan Xalq artistinə medal verildi - FOTO

Rəis vəzifəsini daşıyan Xalq artistinə medal verildi - FOTO
15:50

Xalq artisti,  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevaya medal verilib.

News365.az xəbər verir ki, opera müğənnisi Daxili Qoşunlarda xidmətinin 20 illiyi münasibətilə “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medal ilə təltif edilib.

Qeyd edək ki, F.Hacıyeva 2015-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsini alıb. O, 2020-ci il 21 mayda Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada