“Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb

“Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb
15 May 2024 08:23

“Real Madrid” klubu “Borussiya Dortmund”la final görüşü üçün İngiltərəyə gedə bilməyən azarkeşlərinə sürpriz hazırlayıb.

Məlumata görə, “Uembli” stadionunda keçiriləcək final görüşünə gedə bilməyən azarkeşlər “Santiaqo Bernabeu” stadionunda böyük ekranlarda matçı izləyə biləcəklər.

Komanda bundan əlavə, “Santiaqo Bernabeu”ya gələn azarkeşlərin Londondakı finalın açılış mərasiminin həyəcanını hiss etmələri üçün Teylor Svifti dəvət edib.

Qeyd edək ki, “Real Madrid” “Borussiya Dortmund” final görüşü iyunun 1-də İngiltərədə “Uembli” stadionunda keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada