Ramiz Mehdiyevin işdən çıxarılan general oğlu hansı vəzifələrdə çalışıb? - DOSYE

Ramiz Mehdiyevin işdən çıxarılan general oğlu hansı vəzifələrdə çalışıb? - DOSYE
16:35

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

News365.az Teymur Ramiz oğlu Mehdiyevin dosyesini təqdim edir:

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975- ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 N° li orta məktəbdə təhsil alıb.1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib.

1997-1999-cu illərdə Azərbaycan

Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, 2001- 2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb.

2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində işləyib.

2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilib və general- mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. (ölkə.az)


Sizin reklam burada
Sizin reklam burada