Quql Meksika körfəzinin adını dəyişdi

Quql Meksika körfəzinin adını dəyişdi
28 Yan 2025 18:45

“Quql Məps” Meksika körfəzinin adını dəyişərək, “Amerika körfəzi” kimi qeyd edib.


News365.az xəbər verir ki, bu barədə şirkətin X səhifəsində məlumat verilib.


Məlumata görə, dəyişiklik hələlik ABŞ-dan olan istifadəçilər üçün əlçatandır.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adını dəyişərək, Amerika körfəzi adlandıracağını bəyan etmişdi.


Sizin reklam burada
Sizin reklam burada