Qumar reklamına görə 5 blogerə məhkəmə işi açılıb

Qumar reklamına görə 5 blogerə məhkəmə işi açılıb
15:53

5 influenser qumar və mərc oyunlarını reklam etdiyinə görə məhkəməyə verilib.

Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyindən bildirilib.

Qurumdan deyilib ki, "Reklam haqqında" Qanuna edilən dəyişiklikdən sonra, rəqəmsal platforma təsirçiləri tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 5 müraciət daxil olub. Onlardan 5 fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.
 
Həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun digər tələblərinin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Müraciətlərdən 2-si qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə görülən tədbirlər nəticəsində qanunsuz reklam yayımı dayandırılıb və müvafiq göstəriş verilib.


Sizin reklam burada
Sizin reklam burada