Qonaq getdiyi evdə dəm qazından BOĞULDU

Qonaq getdiyi evdə dəm qazından BOĞULDU
24 Mar 2025 10:18

Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.

Hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək üçün Bakıdan Zaqatalaya gəlibmiş. 


Sizin reklam burada
Sizin reklam burada