Qısqanclığın gizli əlamətləri: İnsanların paxıllığını necə tanımalı?

Qısqanclığın gizli əlamətləri: İnsanların paxıllığını necə tanımalı?
13:18

Ətraf mühitdə insanlar arasında münasibətlər bəzən göründüyündən fərqli ola bilər. Bir çox hallarda yaxınlarımızın bizə sadəcə dostluq və sevgi ilə yanaşdığını düşünsək də, onların davranışlarında gizli rəqabət və paxıllıq elementləri ola bilər.

News365.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, qısqanclıq əslində insanın özünü kifayət qədər dəyərli hesab etməməsi ilə bağlıdır. Bu hiss gizli olsa da, davranışlarda aydın görünür.

Qısqanclığın əsas əlamətləri bunlardır:

Başarıları kiçiltmək: Qısqanan insanlar ətrafdakıların uğurlarını dəyərsiz göstərməyə çalışır. Onların sözlərində “bu təsadüf idi” və ya “xüsusi heç nə yoxdur” kimi ifadələr tez-tez rast gəlinir.

Müqayisə vərdişi: Daim başqaları ilə özünü və sizi müqayisə edərək rəqabət hissini diri saxlayırlar. Bu, əslində uğurlarınızı təhlükə hesab etmələrindən qaynaqlanır.Arxadan danışmaq: Qısqanclığın başqa bir forması isə qeybət və mənfi şərhlərlə ifadə olunur. Belə davranış, həm öz eqosunu qorumaq, həm də başqalarının dəstəyini qazanmaq məqsədi daşıyır.

Təqlid etmək: Çox vaxt qısqanan insan özünü sizə bənzətməyə çalışır – geyim üslubu, danışıq tərzi, hətta gündəlik vərdişlərdə. Bu, həm heyranlığın, həm də sahib ola bilmədiklərinə qarşı gizli həsədin göstəricisidir.

Mütəxəssislərin qənaətinə görə, qısqanclıqla qarşılaşdıqda ən doğru yanaşma öz uğurlarınızı qorumaq və başqalarının davranışlarını şəxsi hücum kimi qəbul etməməkdir. Çünki qısqanclıq əslində qarşı tərəfin daxili boşluqlarını üzə çıxarır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada