İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcəyi açıqlanıb.
News365.az xəbər verir ki, bu barədə Prezidentin Siyasi Aparatının rəhbər müavini Mehdi Senai sosial media hesabında paylaşım edib:
"Doktor Pezeşkian Azərbaycan Prezidentinin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcək. Səfər üçün bir çox proqramlar nəzərdə tutulub və bu səfərin iki qardaş ölkə arasında bütün sahələrdə, xüsusən də ticarət və sərhəd bölgələrində əməkdaşlığın tarixi səviyyəyə yüksələcəyi gözlənilir".