Bu gün QHT.az saytının 10 yaşı tamam
olur.
News365.az xəbər verir ki, sayt tanınmış jurnalist
Cəsarət Hüseynzadənin gərgin əməyi nəticəsində 2015-ci ildə həyata vəsizqə
qazanıb.
İnformatorların bol, rəqabətin güclü
olduğu bir vaxtda yaranan QHT.az qısa zaman kəsiyində çox böyük uğurlara imza
atıb. Nəzərə alaq ki, bu həm də sahəvi saytdır. Belə bir saytı
populyarlaşdırmaq, izləyici qazanmaq olduqca çətin idi. Lakin, zamanın tələbinə
uyğun olaraq peşəkar jurnalistləri bir araya gətirən Cəsarət Hüseynzadə
nəhayət ki, ixtisaslaşmış sayt yarada bildi. Və bu gün mətbuat cameəsində
uğurla və peşəkarcasına addımlayır.
Xatırladaq
ki, QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media
reyestrinə daxil edilib. Bu da saytın ciddiliyindən xəbər verir.
Əlamətdar
gün münasibətilə biz də QHT.az saytı ailəsini səmimi qəlbdən təbrik edir, çətin
və şərəfli yolda onlara daha böyük uğurlar arzulayırıq!
Hörmətlə, News365.az ailəsi.