"QHT işi" üzrə daha iki məhkəmə başlayır

"QHT işi" üzrə daha iki məhkəmə başlayır
19:30

üzrə ittiham olunan daha iki nəfərin məhkəməsi başlayır.

News365.az APA-ya istinadla xəbər verir ki, "QHT işi" çərçivəsində saxlanılan QHT təmsilçisi Əhməd Məmmədzadə və “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün aidiyyati üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilənlərin işi üzrə proseslərə hakimlər Hafiz Kamranov və Azər Tağıyev ayrı-ayrı icraatlarda sədrlik edəcəklər.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada