Qəzaya düşən motosiklet sürücüsü VƏFAT ETDİ

Qəzaya düşən motosiklet sürücüsü VƏFAT ETDİ
11:07

İyunun 14-də saat 17 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində hərəkətdə olan yük dolu motosiklet idarəetmədən çıxaraq aşıb.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada