Tovuzda ər-arvad qəzaya düşdü

Tovuzda ər-arvad qəzaya düşdü
30 İyl 2025 15:30

Tovuzda iki nəfərin ağır xəsarətı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hərəkətdə olan "Chevrolet" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri 1968-ci il təvəllüdlü Aslan Süleymanov və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Kəmalə Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada