Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindəki qızlar məktəbində 50 şagird dəm qazından zəhərlənib.
News365.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəisi Fərzin Rzazadə bildirib.
Onun sözlərinə görə, zəhərlənən qızlar dərhal xəstəxanaya yerləşdirilib.
Zəhərlənmənin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyi qeyd
edilib.