G7 ölkələri İranın bu hərəkətini pislədi

G7 ölkələri İranın bu hərəkətini pislədi
15 Fev 2025 19:59

Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir.


News365.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Münhendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc edilmiş bəyanatda bildirilib.


“Böyük yeddilik üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər”, - bəyanatda qeyd edilib.



Sizin reklam burada
Sizin reklam burada