Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Günü münasibətilə təbrik edib.
News365.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
"Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz tərəfdaşlığımızı müəyyən edən köklü dostluğu və qarşılıqlı hörməti qeyd edirik", - paylaşımda qeyd olunub.