Azərbaycanın ən güclü şahmatçıları bəlli oldu - FOTO

Azərbaycanın ən güclü şahmatçıları bəlli oldu - FOTO
15 Fev 2025 21:45

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.


News365.az xəbər verir ki, bu gün keçirilmiş tay-brek görüşlərindən sonra mükafatçıların adına aydınlıq gəlib.


Kişilərin yarışında Şəhriyar Məmmədyarovu məğlub edən Rauf Məmmədov Azərbaycan çempionu olub. Bürünc medala Misrətdin İskəndərov sahib çıxıb.


Qadınların mübarizəsində isə Günay Məmmədzadə finalda Gövhər Beydullayevaya qalib gəlib. Gülnar Məmmədova 3-cü yeri tutub.


Sizin reklam burada
Sizin reklam burada