Makron fövqəladə iclas çağırdı: Avropa liderləri təcili toplanır

Makron fövqəladə iclas çağırdı: Avropa liderləri təcili toplanır
15 Fev 2025 23:45

Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırıb.


News365.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.


Sikorski bildirib ki, Prezident Makronun liderləri Parisə dəvət etməsindən çox məmnundur və Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözləyir.


“Trampın fəaliyyət metodu var, ruslar buna “kəşfiyyat döyüşü” deyirlər – döyüşdə kəşfiyyat döyüşü: siz sıxırsınız və nə baş verdiyinə baxırsınız, sonra öz mövqeyinizi dəyişirsiniz. Biz reaksiya verməliyik”, - Sikorski vurğulayıb.


Görüşdə Britaniya Baş naziri Keyr Starmerin iştirak edib-etməyəcəyi bəlli deyil.


Sizin reklam burada
Sizin reklam burada