Qazimiz “TEKNOFEST”də Ərdoğanla görüşdü - FOTO

Qazimiz “TEKNOFEST”də Ərdoğanla görüşdü - FOTO
13:19

İkinci Qarabağ müharibəsi qazisi Taleh Camalov Şimali Kipr Türk Respublikasında keçirilən “TEKNOFEST” aviasiya festivalında iştirak edib.

O, festivalda Türkiyə və Şimali Kipr prezidentləri Rəcəb Tayyib Ərdoğan və Ersin Tatarla, eləcə də “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və digər rəsmi şəxslərlə görüşüb.
 

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin qazisi Taleh Camalov oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmənin minamyotdan açdığı atəş zamanı ağır yaralanıb.


24 yaşlı tankçı döyüşdə göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın alınmasına görə” və "Hərbi xidmətlərə görə” və s. medallarla təltif edilib.





Sizin reklam burada
Sizin reklam burada