Qazaxıstan xarici turistlərin təhlükəsizliyini təmin etmək üçün yeni bir tədbir olaraq onlara QR kod kartları təqdim etməyə başlayır.
News365.az-ın məlumatına görə, bu barədə “Kazinform” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, turistlər artıq ölkəyə daxil olarkən sərhəd-nəzarət məntəqələrində QR kod kartlarını əldə edə biləcəklər.
İlk QR kod kartları Astana Beynəlxalq Hava Limanında xarici qonaqlara təqdim edilib.
Bu sistemin tətbiqi turistlərin qorunması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür.