Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNDİ

Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNDİ
08 İyn 2025 13:11


Qaxda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

3 avtomobilin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.


Sizin reklam burada
Sizin reklam burada