Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər ezam olunub

Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər ezam olunub
13 İyn 2025 22:02

İranda baş verən məlum hadisələrdən sonra Azərbaycanda radiasiyanın yoxlanılması üçün nüvə tədqiqatları departamentinin nümayəndələri Astaraya ezam olunub.

İranda vurulan nüvə obyektlərindən sonra, Azərbaycanda radiasiya dərəcəsini müəyyən etmək məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.

Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb. Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatları davam etdirirlər.


Sizin reklam burada
Sizin reklam burada