Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - VİDEO

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - VİDEO
13 İyn 2025 11:12

Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.

News365.az xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzir, mətbəx və sanitar qovuşaqda natəmiz vəziyyət yaranıb.

Bağçadakı vəziyyətdən valideynlər də narahatdır:

“Qapısı, istilik sistemi yoxdur. Evdən elektrik sobası gətirib qoymuşam ki, uşaqlar istilik sistemi ilə təmin olunsun”.

Təhsil müəssisəsinin azyaşlı sakinləri də dəfələrlə gəmiricilərlə rastlaşdıqlarını bildirirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Ətraflı ARB-nin videomaterialında:



Sizin reklam burada
Sizin reklam burada