Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə üzrə qanunsuz saxlanılan odlu silah və sursatların aşkar olunması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
İyunun 12-də həyata keçirilən tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif bölgələrində 5 avtomat silahı, 4 tapança, 2 qumbara, 4 tüfəng, 5 patron darağı və 60 ədəd müxtəlif çaplı patron aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.