Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları aparıb.
Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Kreml qeyd edib ki, Moskva hazırkı vəziyyətin tənzimlənməsinə yönəlmiş həm Tehran, həm də Təl-Əviv ilə sıx əlaqələri davam etdirəcək.