Tramp hücumu əvvəldən bilirdi? - DETALLAR

Tramp hücumu əvvəldən bilirdi? - DETALLAR
13 İyn 2025 19:26

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi zərbələrə hazırlığı barədə ona və administrasiyasına əvvəldən məlumat verildiyini bildirib.

Bu barədə Tramp "The Wall Street Journal"a (WSJ) müsahibəsində deyib.

Onun sözlərinə görə, o və komandası nə baş verdiyini bilirdi.

Tramp əlavə edib ki, iyunun 12-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub və iyunun 13-də ona yenidən zəng etməyi planlaşdırır.

O həmçinin iddia edib ki, İsrailin İrana zərbə endirməsi dünya bazarlarına "çox müsbət təsir" göstərəcək, çünki Tehran indi nüvə silahına çıxış əldə edə bilməyəcək.



Sizin reklam burada
Sizin reklam burada