Polis 17 kiloqram narkotik vasitə və 28 minə yaxın çətənə kolu aşkarladı

Polis 17 kiloqram narkotik vasitə və 28 minə yaxın çətənə kolu aşkarladı
13 İyn 2025 10:43

İyunun 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 97 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Həmin gün, həmçinin yabanı halda bitmiş, çəkisi təxminən 7 tona yaxın olan 28.168 ədəd çətənə kolu da müəyyən olunaraq məhv edilib.

Narkotiklərlə mübarizə istiqamətində qətiyyətli tədbirlər ardıcıl şəkildə davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada