“Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib

“Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
22:40

“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.

News365.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Moldovadan olan hakimlər idarə ediblər.

Görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

20:00. "Qarabağ" – "Vestri" 3:0
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.


Sizin reklam burada
Sizin reklam burada