Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”

Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”
11:08

Rusiya–ABŞ–Ukrayna formatında keçirilən danışıqların iştirakçıları “məlumat sızmaları olmadan” işləmək barədə razılığa gəliblər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bildirib.

“Amerika tərəfinin təzyiqi və döyüş meydanındakı məğlubiyyətlər nəticəsində Kiyev yenidən danışıqlar masasına qayıtdı — bu dəfə Əbu-Dabidə. Yanvarın 23–24-də və fevralın 4–5-də orada təhlükəsizlik məsələləri üzrə işçi qrupunun Rusiya–ABŞ–Ukrayna üçtərəfli formatında iclasları keçirilib. İştirakçılar səssizlik rejimində işləmək, məlumat sızmalarına yol verməmək barədə razılığa gəliblər. Buna görə də həmin platformada aparılan müzakirələrin gedişi və məzmunu ilə bağlı şərh verməkdən çəkinəcəyəm”, — deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada