Ukraynanın enerji sisteminə Rusiyanın hücumları nəticəsində bu gün səhər saatlarında Xarkov, Donetsk və Dnepropetrovsk vilayətlərində geniş elektrik kəsintiləri müşahidə olunub.
News365.az-ın məlumatına görə, bu barədə “Ukrenergo” açıqlama yayıb. Məlumata əsasən, vəziyyət ən kritik Soumi vilayətindədir:
“Dünən gecədən bəri enerji infrastrukturu kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alınıb. Soumi vilayətində elektrik təminatı zədələnib və enerji qrupları hava hücumu riskinə görə bərpa işlərinə hələ başlaya bilmirlər”, – açıqlamada bildirilib.
News365.az