Ağdərədə mina hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində rayon sakini Mahir Abdulla oğlu Məhərrəmov xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.