Rusiyalıların yarısı Rusiya prezidenti Vladimir Putini 2024-cü ilin əsas siyasətçisi hesab edir. Bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VÇİOM) saytında dərc olunmuş sorğunun nəticələri sübut edir.
Telefonla aparılan sorğu ötən il dekabrın 21-də keçirilib. Tədqiqatda ölkənin 1,6 min yetkin yaşda olan vətəndaşı iştirak edib.
Analitiklər respondentlərdən 2024-cü ilin əsas siyasətçisi kimi hansı Rusiya dövlət məmurlarının adını çəkmələrini xahiş ediblər. Nəticədə respondentlərin 50%-i Vladimir Putini seçib. Tədqiqat iştirakçılarının 18%-i Rusiyanın baş naziri Mixail Mişustini ötən ilki əsas siyasətçi adlandırıb. Vətəndaşların 14 və 7%-i müvafiq olaraq xarici işlər naziri Sergey Lavrovla müdafiə naziri Andrey Belousova səs verib.
Eyni zamanda, ruslar xokkeyçi Aleksandr Oveçkin və fiqurlu konkisürən Roman Kostomarovu 2024-cü ilin əsas idmançıları hesab edirdilər. Onları respondentlərin 3%-i seçib.
Tural