Belarus–Rusiya münasibətləri əvəzolunmazdır.
News365.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.
Həmçinin Aleksandr Lukaşenko bəyan edib ki, Belarus üçün Rusiyanın yerini heç kim tuta bilməz.
Tərəflər görüş zamanı Moskva–Minsk münasibətlərinin strateji xarakterini bir daha vurğulayıb.