Psixiatriya Xəstəxanasında ölüm

Psixiatriya Xəstəxanasında ölüm
26 İyl 2025 14:59

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

News365.az xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib.

Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir.

O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edibmiş. İlkin tibbi yardım göstərildikdən sonra yaxınları onu əsəblərinin müalicəsi üçün psixiatrik tibb müəssisəsinə gətiribmiş.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada