Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi dalana dirənməyib, lakin bu danışıqlar istiqamətində hələlik yeni məlumat yoxdur.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
“Məlumat verəcək yeniliyim yoxdur, müəyyən işlər görülür. Hesab etmirəm ki, proses çıxılmaz vəziyyətdədir. Hər iki ölkə tərəfindən təsdiqlənmiş və daxili prosedurlardan keçmiş tam hüquqi baza mövcuddur”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası, eləcə də sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti iclasının tarixi hələ müəyyən olunmayıb.