Prokuror aktyora 22 il həbs cəzası istədi

Prokuror aktyora 22 il həbs cəzası istədi
10:25

Rusiyada dövlət ittihamçısı dövlətə xəyanətdə, qanunsuz partlayıcı saxlamaqda və digər terror cinayətlərində ittiham olunan novosibirskli rejissor və aktyor Viktor Mosienkoya 22 il həbs cəzası istəyib. Bu barədə jurnalistlər İkinci Qərb Dairə Hərbi Məhkəməsinin məhkəmə zalından məlumat veriblər.


İttiham tərəfinin fikrincə, Mosienkonun etirafı ziddiyyətlidir və peşmançılığı isə inandırıcı deyil. Prokuror Natalya Makarova təqsirləndirilən şəxsin ukraynalı uşaqlara kömək etmək istəyinin şübhəli olduğunu deyib.

Prokuror məhkəməni Mosienkonu bütün maddələr üzrə təqsirli bilib, üç il müddətinə azadlıqdan məhrum etməyə, daha sonra isə 19 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza kəsməyə çağırıb. O, həmçinin 700 min rubl cərimə və əlavə 1,5 il azadlıqdan məhrumetmə cəzası tələb edir.

İstintaq və prokurorluq belə hesab edir ki, 64 yaşlı keçmiş aktyor “Rusiyanın Azadlığı” legionu (Rusiyada fəaliyyəti qadağandır) təşkilatının nümayəndələrinin göstərişi ilə Belqorod vilayətində dəmiryolunda təxribat törətməyə hazırlaşırmış. Daha sonra o, Ukrayna tərəfinə keçmək niyyətində olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada