Prezidentin sərəncamı ilə icraçı direktor vəzifəsində davam edəcək

Prezidentin sərəncamı ilə icraçı direktor vəzifəsində davam edəcək
14:45

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorun təyin edilməsi barədə Sərəncam imzalayıb. 

News365.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.   

Qeyd edək ki, Tural Piriyev ilk dəfə İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.   

Məlumat üçün bildirək ki, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru və müavinlərinin səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.


Sizin reklam burada
Sizin reklam burada