Ermənistan parlamentində əlbəyaxa dava - VİDEO

Ermənistan parlamentində əlbəyaxa dava - VİDEO
14:23

Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

News365.az xəbər verir ki, parlament sədrinin müavini Akop Arşakyan müxalifətdən olan deputat Levon Köçəryanın çıxışını bəyənməyib.

Vitse-spiker, hakim “Mülki müqavilə” fraksiyasının nümayəndəsi Akop Arşakyanın “Hayastan” müxalifət blokundan olan deputat Köçəryanın baş nazir Nikol Paşinyan haqqında sərt çıxışına kəskin reaksiya verməsindən sonra vəziyyət gərginləşib.

"Levon Köçəryan, öz yerini, həddini bil!", - deyə Arşakyan Köçəryanın ünvanına kobud ifadə işlədib.

“Ara Levon, otur və sənə deyilənlərə qulaq as!”, - Arşakyan onun üstünə qışqırıb.

Daha sonra o, hətta Köçəryanı iclas zalından qovmaqla hədələyib.

Bunun ardınca zalda gərgin mübahisə başlayıb və bu, tez bir zamanda fiziki toqquşmaya çevrilib: deputatlar bir-birini itələməyə başlayıb və bunun ardınca əlbəyaxa dava düşüb.

Xatırladaq ki, eks-prezident Robert Köçəryanın deputat oğlu Levon Köçəryan baş nazir Nikol Paşinyanı real siyasi müzakirələrdən yayınmaqda suçlayıb.
O, atası, Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Paşinyan arasında debat ideyasını da şübhə altına alıb:

“Ciddi fikirləşirsiniz ki, 2008-ci ildən prezident olmayan atam gəlib onunla 2023-cü ildə "Artsax"ı kimin təslim etdiyi barədə mübahisə etməlidir? Bu absurddur!"

Köçəryanın sözlərinə görə, Qarabağ yalnız Paşinyan onu Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdıqdan sonra əldən gedib.

"Paşinyan deyir ki, hər kənddə soruşurlar ki, Köçəryan niyə həbsdə deyil. Bəs bilirsiniz bizə nə deyirlər? "Necə olur ki, bu satqınlar hələ də azadlıqda qalırlar və hətta hakimiyyəti saxlamaqda davam edirlər?"

"Nikol Paşinyan bu zalda mənim həmkarlarımı "hambal" adlandırdı və ertəsi gün Moskvaya getdi. Bəs indi əsl hambal kimdir?", - Köçəryan deyib.



Sizin reklam burada
Sizin reklam burada