"Qadın həm sülh, həm də dözümlülük yaradan qüvvədir"- Sosioloq

"Qadın həm sülh, həm də dözümlülük yaradan qüvvədir"- Sosioloq
15:36

"Bəzi insanlar bu məsələyə fərqli yanaşır. Elə qadınlar var ki, kişilər haqqında hekayələr yazır, elə qadınlar da var ki, kişilərin həyatında mənfi izlər buraxır. Bəli, kişilərin həyatında mənfi izlər buraxan qadınlar var, amma eyni zamanda müsbət təsir edən qadınlar da var."

Sosioloq Üzeyir Şəfiyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu məsələdə dəqiq bir fikir yoxdur. Müxtəlif dini mühitlərdə belə bu mövzuya yanaşmalar fərqlidir. Məsələn, Azərbaycan xalqının hekayələrində qadın bəzən ayrı, texniki sənətkar kimi təqdim olunur, bəzən də qadın bir tərəfdaş, bir sənətkar kimi təsvir olunur. Eyni zamanda elə sənət əsərləri var ki, orada qadın sülh, dözümlülük və mərhəmət rəmzi kimi göstərilir. Bu mövzuda yekdil bir fikir yoxdur. Məsələn, yəhudilərlə bağlı bir hekayə var. Bir yəhudi qadını haqqında deyirlər, Allah onu qorusun, amma eyni zamanda belə bir fikir də var:

Allah anaları yaratdı, çünki O, hər yerdə eyni anda ola bilmirdi. Fərqli-fərqli fikirlər mövcuddur. Tək bir fikir vermək, digərini nəzərə almamaq ədalətsizlik olar. Bu məsələ fərqlidir. Elə hallar da var ki, qadın himayəçi kimi göstərilir, eləsi də var ki, kişi himayəçi rolunda olur. Bu, bir insanın həyatında qarşılaşdığı insanlara və hekayəyə bağlıdır. Mən bilirəm ki, bu məsələdə müəyyən bir paradiqmatik yanaşma mövcud deyil.

Bu məsələni biz ictimai müzakirələrdə dəfələrlə müzakirə etmişik. Müzakirə etməyə də davam edəcəyik. Çünki tarixdə sülh və dözümlülük yaradan qadınlarımız heç vaxt az olmayıb. Eyni zamanda kişilərə dəstək olan, həyatında çətinliklər yaşamış qadın nümunələri də çoxdur. Əksinə, kişilər tərəfindən mənfi təsirə məruz qalmış qadınların da çoxlu nümunələri var.

Deyirlər ki, kişi kor olanda ailə kor olur, amma qadın kor olanda cəmiyyət kor olur. Buna görə də qadın cəmiyyət düşüncəsində həmişə təmiz, günahsız, şəffaf bir varlıq kimi qəbul edilir. Cəmiyyət düşüncəsində qadın daim təmiz, saf və şəffaf bir varlıq kimi görünür. Mən inanıram ki, insanın xarakteri ilə yanaşı, onu formalaşdıran sosial mühit və tərbiyə edən çevrə də mühümdür. Bəzən deyirlər ki, insanı eyvandan çox mühit tərbiyə edir. Elə mühit var ki, insanı bir cür, eləsi var başqa cür formalaşdırır. Bu baxımdan həm qadınların, həm də kişilərin həyatda fərqli yanaşmaları və rolları ola bilər. Ümid edirəm ki, münasibətlər sevgi, anlaşma və vicdan üzərində qurulsa, yalnız bu istiqamətdə inkişaf edə bilər."- deyə bildirib. 


Sizin reklam burada
Sizin reklam burada