İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır.
News365.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.
“İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır”, - Ermənistan XİN rəhbəri qeyd edib.