Polşa öz qoşunlarını Ukraynaya göndərməyəcək. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış RMF FM radiostansiyasının efirində bildirib.
“Biz Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq. Mən bunu birbaşa deyirəm! Bizim başqa tapşırıqlarımız var. Polşa qətiyyətlə bildirir ki, hərbçi göndərməyəcək”,- nazir deyirb.
Kosiniak-Kamış xatırladıb ki, Polşanın artıq Litva və Rumıniyada öz kontingenti var.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural