Polşalı nazirdən NATO qoşunları ilə bağlı Lavrova cavab

Polşalı nazirdən NATO qoşunları ilə bağlı Lavrova cavab
20 Fev 2025 10:35

Polşanın xarici işlər naziri Radoslav Sikorski diqqət çəkən açıqlamalar verib. Polşanın mətbuatı yazır ki, o, rusiyalı həmkarı Sergey Lavrovun NATO qoşunlarının Ukraynada yerləşməsini Moskva üçün qəbuledilməz olması barədə sözlərini belə şərh edib: "Qərb qoşunlarının Ukrayna  ərazisində olması ilə bağlı məsələni Rusiya deyil, Kiyev həll edəcək. Bu qərar Rusiyaya deyil, Ukraynaya məxsusdur".

Nazir həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının son paketi “Rusiya ilə hər hansı razılaşmanı müzakirə edəcək şəxslərə əlavə arqumentlər verir”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada