Polis Sabirabadda əməliyyat keçirdi

Polis Sabirabadda əməliyyat keçirdi
11:03

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar.

News365.az xəbər verir ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.


Sizin reklam burada
Sizin reklam burada