Polis Cavanşir Məmmədovla bağlı tədbir gördü - VİDEO

Polis Cavanşir Məmmədovla bağlı tədbir gördü -  VİDEO
11 Apr 2024 13:37

Ötən gün sosial şəbəkələrdə Əməkdar artist Cavanşir Məmmədovun yol hərəkəti qaydalarını pozan görüntüsü yayılıb.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli baku.ws-ə bildirib ki, C. Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Xatırladaq ki, Cavanşir Məmmədovun retro avtomobilini idarə edərkən həm təhlükəsizlik kəmərini taxmaması, həm də sükan arxasında telefonla danışmasını əks etdirən görüntüsü yayılmışdı.


Youtube kanalımız

Oxşar xəbərlər